Myanma ordusu dinc nümayişçilərə atəş açıb: 20 nəfər ölüb

Myanmanın cənubundakı Pequ şəhərində, hərbi çevrilişə qarşı mitinqlər zamanı azı 20 dinc nümayişçi öldürülüb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 10 Aprel 2021, 16:26

Myanmanın cənubundakı Pequ şəhərində, hərbi çevrilişə qarşı mitinqlər zamanı azı 20 dinc nümayişçi öldürülüb.

 

Yerli mətbuat mitinqlərin Ma Qa Dit məhəlləsində baş verdiyini yazır.

 

İnterAz "Anadolu"ya istinadən verdiyi xəbərə görə, hərbçilər nümayişçilərə atəş açıb.

 

Ölənlərin cəsədləri hərbçilər tərəfindən Buddist məbədlərindən birində toplanır.

 

Aktivist Keren Kxin "Anadolu" xəbər agentliyinə verdiyi açıqlamada, yerli mətbuatın 20 mülki şəxsin öldürüldüyünü təsdiqlədiyini bildirib.

 

Kxin qeyd edib ki, hərbiçilər nümayişçilərə qarşı ağır silahlardan istifadə ediblər.

 

“Bölgədə minlərlə vətəndaş evlərini tərk edib. Baqoda da çox insan evindən çıxmağa hazırlaşır", o qeyd edib.

sss