Əfqanıstanın Hərat əyalətində Talibanın 20 silahlısı zərərsizləşdirilib

...son dörd gündə Hərat əyalətində aparılan hərbi əməliyyatlar nəticəsində Talibanın 20 silahlısı zərərsizləşdirilib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 10 Aprel 2021, 16:35

Əfqanıstanın Hərat əyalətində son günlərdə aparılan əməliyyatlar nəticəsində Taliban hərəkatının, aralarında dörd tanınmış komandiri olmaqla, 20 silahlısı zərərsizləşdirilib.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə Əfqanıstanın Müdafiə Nazirliyi bəyanat varib.

 

Bildirilib ki, son dörd gündə Hərat əyalətində aparılan hərbi əməliyyatlar nəticəsində Talibanın 20 silahlısı zərərsizləşdirilib.

 

Əlavə edilib ki, öldürülənlərdən dördü hərəkatın nüfuzlu komandirlərindəndir.

 

Qeyd edək ki, Taliban cari həftədə Hərat əyalətinin İranla sərhədində yerləşən bir neçə sərhəd postuna hücum etmiş və bu hücum nəticəsində 9 sərhədçi həyatını itirmişdi.

 

Xatırladaq ki, Əfqanıstandaxili sülh danışıqlarına bir neçə aydır fasilə verilib.

sss