Rusiyadakı azərbaycanlı miqrantlara 10 illik vahid sənəd veriləcək

Daxili İşlər Nazirliyi nümayəndəsinin sözlərinə görə, elektron sənəddə sahibi haqqında qrafik və mətn məlumatları saxlanılanacaq...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 01 May 2021, 10:50

Rusiya Daxili İşlər Nazirliyi, azərbaycanlılar da daxil ölkədəki uzun müddət qalmaq istəyən bütün miqrantlara 10 il müddətinə vahid elektron sənəd almaq öhdəliyi qoyacaq. 

 

İnterAz-ın verdiyi xəbərə görə, bu barədə "TASS" agentliyin sorğusuna cavab olaraq nazirliyin mətbuat mərkəzi məlumat verib.

 

"Xarici vətəndaşın Rusiya Federasiyasında uzun müddət qalma hüququ əldə etməsi üçün elektron məlumat daşıyıcısı olan vahid sənəd alması məcburi olacaq. Vahid sənəd xarici vətəndaşa 10 il müddətinə veriləcək, bu müddət bitdikdən sonra yenisi ilə dəyişdiriləcək", məlumatda deyilir.

 

Daxili İşlər Nazirliyi nümayəndəsinin sözlərinə görə, elektron sənəddə sahibi haqqında qrafik və mətn məlumatları saxlanılanacaq.

 

sss