Bayden qaçqınların ABŞ-a qəbulu limitini artırıb

...bu barədə Ağ Evin mətbuat xidməti məlumat verib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 04 May 2021, 09:20

ABŞ prezidenti Cozef Bayden 2021-ci il maliyyə ilində (oktyabrın 1-dən başlanır) qaçqınların qəbul limitinin 62,5 min nəfərə qədər artırılması barədə sənəd imzalayıb.

 

İnterAz TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat verib.

 

Qeyd edək ki, 2020-ci maliyyə ilində bu göstərici 2019-cu il ilə müqayisədə demək olar, iki dəfə az olaraq 18 min nəfər təşkil edib.

 

Bildirilir ki, fevrla ayında Cozef Bayden bu limitin 2022-ci maliyyə ilində 125 min nəfərə qədər artıracağını vəd edib.

sss