İraqda ABŞ qüvvələrinin olduğu bazaya beş raket atılıb

Bağdadın şimalında əl-Bələd hərbi qərargahına beş ədəd raket atılıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 04 May 2021, 09:32

Bağdadın şimalında əl-Bələd hərbi qərargahına beş ədəd raket atılıb.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə hərbi mənbələr məlumat veriblər.

 

Bildirilib ki, Səlahəddin əyalətinin ərazisində yerləşən və ABŞ qüvvələrinin olduğu əl-Bələd bazasına beş ədəd katyuşa raketi atılıb.

 

Qeyd edək ki, iki gün öncə Bağdad hava limanı ərazisində ABŞ qüvvələrinin olduğu Viktoriya qərargahına raketlər atılmışdı.

 

Bu hücumları heç bir qrup üzərinə götürməyib. Hücumların xəsarətləri barədə də məlumat yoxdur.

 

İraq Parlamenti 2020-ci ilin yanvarında ABŞ qüvvələrinin ölkədən çıxmasına səs vermişdi.

 

sss