G7 Xarici İşlər Nazirləri plenar iclasda Rusiya ilə münasibətləri müzakirə edəcəklər

Görüş iki il ərzində ilk dəfə əyani formatda keçiriləcək...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 04 May 2021, 10:16

G-7 xarici işlər nazirləri bu gün Londonda Rusiya, Çin, İranla münasibətləri, həmçinin Myanmadakı böhranı, Liviya, Efiopiya, Belarusiyadakı vəziyyəti və Suriyadakı vətəndaş müharibəsini müzakirə edəcəklər.

 

İnterAz-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Birləşmiş Krallığın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

 

Görüş iki il ərzində ilk dəfə əyani formatda keçiriləcək.

 

Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa, Yaponiya xarici işlər nazirləri və Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsindən başqa görüşə Avstraliya, Hindistan, Cənubi Koreya və Cənubi Afrikanın nümayəndələri, həmçinin Cənub-Şərqi Millətlər Birliyinin Baş katibi Lim Jok Hoy dəvət edilib.

 

sss