Pakistanda sərnişin avtobusu aşıb, ölənlər və xəsarət alanlar var

...15 nəfər ölüb, 20 nəfər yaralanıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 04 May 2021, 10:26

Pakistanda yüksək sürət nəticəsində sərnişin avtobusu aşıb.

 

İnterAz xarici KİV-ə istinadən xəbər verir ki, Lahordan Pişəvərə gedən avtobusun Pəncab vilayətinin Attok bölgəsində qəzaya uğraması nəticəsində 15 nəfər ölüb, 20 nəfər yaralanıb.

 

Yaralıların çoxunun vəziyyəti ağırdır.

sss