İsveçrənin İrandakı səfirliyinin birinci katibi Tehranda binadan düşərək ölüb

İsveçrənin Tehrandakı səfirliyinin birinci katibi 52 yaşlı xanım Tehranda göydələnlərin birindən düşərək ölüb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 04 May 2021, 12:54

İsveçrənin Tehrandakı səfirliyinin birinci katibi 52 yaşlı xanım Tehranda göydələnlərin birindən düşərək ölüb.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə İranın Fövqəladə Hallar Təşkilatının sözçüsü Muctəba Xalidi məlumat verib.

 

Bildirilib ki, Tehranın Kamraniyyə kvartalında göydələndən bir xanımın yerə düşdüyü xəbəri verilib. Əraziyə baş çəkilən zaman onun İsveçrənin Tehrandakı səfirliyinin birinci katibi olduğu müəyyən edilib.

 

İsveçrə Səfirliyi hələ bu barədə məlumat verməyib.

 

Bəzi İran KİV-ləri hadisəni özünə qəsd kimi qiymətləndiriblər.

 

Qeyd edək ki, İranda 1979-cu ildən ABŞ-la əlaqələrin kəsilməsindən sonra İsveçrə ABŞ mənafeyini təmsil etməyə başlayıb.

 

sss