Mexikoda metro qəzasında ölənlərin sayı 23 nəfərə çatıb

Meksika paytaxtında metro körpüsünün çökməsi nəticəsində həlak olanların sayı 23 nəfərə çatıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 04 May 2021, 13:15

Meksika paytaxtında metro körpüsünün çökməsi nəticəsində həlak olanların sayı 23 nəfərə çatıb.

 

İnterAz xəbər verir ki, bu barədə jurnalistlərə şəhər hökumətinin başçısı Klaudia Şeynbaum hadisə yerində məlumat verib. “Təəssüf ki, hazırkı vaxta qədər 23 nəfərin öldüyü aydınlaşıb, daha 65 nəfər xəstəxanaya yerləşdirilib”, - deyə Mexikonun meri bildirib.

 

Qeyd edək ki, faciə bazar ertəsi günü yerli vaxtla saat 22:25 radələrində (Bakı vaxtı ilə bu gün 7:25) Olivos stansiyası rayonunda baş verib. Metro körpüsü üzərindən qatar keçən zaman çöküb. Nəticədə qatarın iki vaqonu təxminən 10 metr hündürlükdən yerə düşüb.

 

Hüquq mühafizə orqanları qəzanın səbəblərini araşdırmağa başlayıblar.

sss