Rusiyada COVID-19-dan ölənlərin sayı 111 mini ötüb

Rusiyada son sutka ərzində daha 7 770 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 04 May 2021, 13:23

Rusiyada son sutka ərzində daha 7 770 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

 

İnterAz-ın Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 4 839 514 nəfərə çatıb.

 

Son sutka ərzində 337 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 111 135 nəfərə çatıb.

 

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan, Braziliya, Fransa və Türkiyədən sonra altıncı yerdə gəlir.

sss