Mövlud Çavuşoğlu Slovakiyada səfərdədir

...Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Slovakiyada rəsmi səfərdədir

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 04 May 2021, 14:38

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Slovakiyada rəsmi səfərdədir.

 

İnterAz-ın Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində M. Çavuşoğlu Slovakiyanın Prezidenti, Baş naziri və xarici işlər naziri ilə görüşləri planlaşdırılır.

 

Görüşlərdə Türkiyə ilə Slovakiyanın ikitərəfli əlaqələrinin bütün aspektləri, Türkiyənin Avropa İttifaqına üzvlüyü prosesi, regional və beynəlxalq məsələlər müzakirə ediləcək.

 

M. Çavuşoğlu Slovakiyadan sonra 4-5 may tarixlərində Bosniya və Herseqovinaya rəsmi səfər edəcək. Nazir səfər zamanı bosniyalı həmkarı Bisera Turkoviç ilə görüşəcək.

sss