Rusiyada məktəbdə silahlı insident zamanı ölənlərin sayı 13-ə çatıb

Rusiyanın Tatarıstan Respublikasında orta məktəblərin birində silahlı insident baş verib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 11 May 2021, 12:43

Rusiyanın Tatarıstan Respublikasında orta məktəblərin birində silahlı insident baş verib. Belə ki, naməlum şəxs paytaxt Kazanda yerləşən məktəblərdən birinə hücum edib.

 

İnterAz xəbər verir ki, ilkin məlumata görə, hadisə zamanı 13 nəfər həyatını itirib. Onlardan səkkizinin şagird, birinin isə müəllim olduğu qeyd edilib.

 

Hücum barədə hələlik rəsmi açıqlama verilməsə də, “İnterfaks” qeyd edir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları basqın edən 17 yaşlı yeniyetməni saxlayıblar.

 

sss