Tatarıstanda matəm elan edilib

...Tatarıstan rəhbərliyi mayın 12-də matəm günü elan edib

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 11 May 2021, 15:17

Tatarıstan rəhbərliyi mayın 12-də matəm günü elan edib.

 

İnterAz bu barədə TASS-a istinadən məlumat verir.

 

Rusiyanın Kazan şəhərindəki məktəbdə baş vermiş atışmada ölənlərin sayı 11 nəfərə çatıb.

 

Məktəbə hücum edən şəxs zərərsiləşdirilib. Ölənlərdən çoxu şagirddir.

 

Atışma nəticəsində 32 nəfər xəsarət alıb.

 

Bəzi mənbələr atışma nəticəsində ölənlərin sayının 13 nəfərə yüksəldiyini yazır.

 

Qeyd edək ki, Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov bu gün Rusiyanın Kazan şəhərindəki məktəbdə baş vermiş atışmada çox sayda insanın ölməsi ilə bağlı başsağlığı bildirib.

sss