Rusiyanın Kazan şəhərində məktəbdə baş vermiş atışmada ölənlərin sayı artıb

...ölənlərin sayı 11 nəfərə çatıb.

Bakı, Gülnarә Quliyeva, İnteraz - 12 May 2021, 10:46

Rusiyanın Tatarıstan Respublikasının Kazan şəhərindəki 175 nömrəli məktəbdə baş vermiş atışmada ölənlərin sayı 11 nəfərə çatıb.

 

İnterAz xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

 

Məlumata görə, hadisə zamanı 3-cü mərtəbədən atlanan daha 2 şagird xəsarət alıb.

 

Daha əvvəl atışmada 9 nəfərin öldüyü bildirilirdi. Qeyd edilirdi ki, ölənlərdən çoxu şagirdlərdir.

 

Hadisə zamanı 21 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb. Məlumata görə, insidenti 2 nəfər törədib. Onlardan birinin saxlanıldığı bildirilir.

sss