Kanada Hindistana tibbi avadanlıq göndərir

Kanada hökuməti Hindistana bu ölkədə koronavirus xəstəliyinin yayılması fonunda müxtəlif tibbi yardım göndərir...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 12 May 2021, 12:26

Kanada hökuməti Hindistana bu ölkədə koronavirus xəstəliyinin yayılması fonunda müxtəlif tibbi yardım göndərir.

 

İnterAz TASS-a istinadən xəbər verir ki, bu barədə Kanadanın baş naziri Castin Trüdo açıqlama verib.

 

Bildirilir ki, tibbi avadanlıqdan ibarət yardım hərbi hava qüvvələrinin iki təyyarəsi vasitəsi ilə çatdırılacaq.

 

"Pandemiya səbəbiylə böhran içində olan digər ölkələrə kömək etməyə davam edirik" - Trüdo deyib.

sss