Hindistanda koronavirusdan ölənlərin sayında yeni anti-rekord qeydə alınıb

...ötən gün ərzində 4 205 nəfər koronavirus səbəbilə həyatını itirib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 12 May 2021, 12:31

Hindistanda ötən gün ərzində 348 421 nəfər koronavirusa yoluxub.

 

İnterAz “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkədə pandemiya dövrü ərzində yoluxanların ümumi sayı 23 340 938-ə çatıb.

 

Hindistanda koronavirusla əlaqəli gündəlik ölüm sayında növbəti anti-rekord qeydə alınıb. Belə ki, ötən gün ərzində 4 205 nəfər koronavirus səbəbilə həyatını itirib və ümumi ölü sayı 254 197-yə çatıb.

 

Ölü sayında əvvəlki sutkalıq rekord mayın 8-də qeydə alınıb ​​və 4 187 nəfər təşkil edib. Bundan əvvəlki anti-rekord isə mayın 6-da qeydə alınıb – 3 980 nəfər.

 

Hindistan koronavirusa yoluxanların ümumi sayına görə dünyada ikinci yeri (ABŞ-dan sonra), infeksiya səbəbilə ölənlərin sayına görə isə üçüncü yeri tutur (ABŞ və Braziliyadan sonra).

sss