Baydenin köməkçisi İsrail ilə Fələstin arasında sakitliyin bərqərar olmasına çağırıb

ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan, İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri Meir Ben Şabbat ilə telefon danışığı keçirib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 12 May 2021, 12:38

ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan, İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri Meir Ben Şabbat ilə telefon danışığı keçirib.

 

İnterAz TASS-a istinadən xəbər verir ki, telefon danışığında Sallivan israillilərlə fələstinlilər arasında sakitliyin bərqərar olmasının lehinə danışıb.

 

Həmçinin, Sallivan Qəzza zolağı və Qüdsdəki vəziyyətlə əlaqədar Misir hökumətinin nümayəndələri ilə telefon danışığı aparıb.

 

"Tərəflər yaxın günlərdə sakitliyi bərpa etmək üçün atılacaq addımları müzakirə edib", məlumatda deyilir.

sss