Böyük Britaniyada koronavirusa yoluxanların sayı yenidən artıb

...son 24 saat ərzində ölkədə koronavirusa 2 min 357 yeni yoluxma hadisəsi aşkarlanıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 12 May 2021, 12:49

Böyük Britaniyada koronavirusa yoluxanların sayı yenidən artıb.

 

İnterAz xəbər verir ki, son 24 saat ərzində ölkədə koronavirusa 2 min 357 yeni yoluxma hadisəsi aşkarlanıb. Aprel ayının əvvəllərində virusa yoluxmada azalma müşahidə olunsa da, sonradan rəqəmlərdə artım qeydə alınıb.

 

Ümumiyyətlə Krallıqda 4 milyondan çox adam koronavirusa yoluxub, 128 min nəfər isə həyatını itirib.

 

Həmçinin ölkədə koronavirus peyvəndinin 1-ci dozası 35 milyon, 2-ci dozası isə 17 milyon 850 mindən çox insana vurulub.

 

Mütəxəssislər koronavirusa görə tətbiq olunan karantin rejimin yumşadılmasının virusa yoluxanların sayının artmasına səbəb olduğunu açıqlayıblar.

sss