Əksər ərəb ölkələri sabahı Fitr bayramı elan ediblər

Səudiyyə Ərəbistanı, Suriya, İordaniya, BƏƏ, Bəhreyn, Misir və sair ərəb ölkələri sabah şəvval ayının biri olduğunu bildiriblər...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 12 May 2021, 13:22

Səudiyyə Ərəbistanı, Suriya, İordaniya, BƏƏ, Bəhreyn, Misir və sair ərəb ölkələri sabah şəvval ayının biri olduğunu bildiriblər.

 

İnterAz SalamNews-a istinadən xəbər verir ki, əksər ərəb ölkələri sabah may ayının 13-nün şəvval ayının birinə təsadüf etdiyini elan ediblər.

 

İran, İraq, Pakistan, Orta Asiya müsəlman ölkələrində, eləcə də Cənubi-Şərqi Asiyanın müsəlman ölkələrində Fitr bayramının zamanı ilə bağlı hələ açıqlama verilməyib.

 

Qeyd edək ki, bu il Şuşada Fitr bayramı namazı qılınacaq və canlı yayımla yayımlanacaq.

sss