Ərdoğan İslam dünyasını Ramazan bayramı münasibətilə təbrik edib

...Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həmvətənlərini və İslam dünyasını müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 12 May 2021, 14:32

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həmvətənlərini və İslam dünyasını  müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib.

 

İnterAz "Anadolu"ya istinadən xəbər verir ki, Ramazan bayramı münasibətilə yayımlanan video müraciətində o, Türkiyənin koronavirus pandemiyası fonunda yaranan çətinliklərin öhdəsindən gələcəyinə və ölkəni daha parlaq  günlərin gözlədiyinə ümid etdiyini bildirib.

 

“Peyvənd də daxil olmaqla, pandemiya təhlükəsinə qarşı bütün lazımi vasitələrdən istifadə edəcəyik. Biz bunun çətin bir sınaq olduğu, ancaq bunun arxasında parlaq bir gələcəyinin olduğu düşüncəsiylə hərəkət edirik", Ərdoğan deyib.

 

Ərdoğan, Ramazan tətilindən sonra Türkiyədə pandemiyanın nəzarət altına alınacağını, hökumətin vəziyyətin normallaşmasına nəzarət etmək üçün addımlar atacağını vurğulayıb.

 

sss