Pakistanda ağır yol qəzasında 11 nəfər həlak olub

...Ölənlər arasında yeddi uşaq, üç qadın və bir kişi olub, hamısı eyni ailənin üzvləridir

Bakı, Gülnarә Quliyeva, İnteraz - 15 May 2021, 10:10

Pakistanın şərqində mikroavtobusun kanala düşməsi nəticəsində yeddisi uşaq olmaqla 11 nəfər ölüb.

 

İnterAz xəbər verir ki, bu barədə "Sinxua" xəbər agentliyi məlumat yayıb.

 

Agentliyin məlumatına görə, 11 sərnişin daşıyan mikroavtobus şərqi Pəncab əyalətindəki kanala düşüb. Ölənlər arasında yeddi uşaq, üç qadın və bir kişi olub, hamısı eyni ailənin üzvləridir.

 

Şahidlərin sözlərinə görə, qəza sürücünün idarəetməni itirməsi səbəbindən baş verib.

sss