Suriyada zirehli avtomobilin partlaması nəticəsində rusiyalı hərbçi ölüb

Suriyanın Haseke vilayətində zirehli avtomobilin partlaması nəticəsində bir rusiyalı hərbçi ölüb, üçü yaralanıb...

Bakı , Gülnarә Quliyeva, İnteraz - 10 Iyun 2021, 10:09

Suriyanın Haseke vilayətində zirehli avtomobilin partlaması nəticəsində bir rusiyalı hərbçi ölüb, üçü yaralanıb. 

 

İnterAz SalamNews-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyi məlumat yayıb.

 

"9 iyun tarixində, Suriya Ərəb Respublikasının Haseke vilayətində Rusiya hərbi polisinin patrul xidməti zamanı zirehli avtomobil partlayıb. Partlayış nəticəsində bir rusiyalı hərbçi aldığı xəsarətlər nəticəsində ölüb. Avtomobildə onunla bərabər olan daha üç hərbçi xəsarət alaraq xəstaxanaya yerləşdirilib.

 

Nazirlik xəsarət alanların həyatı üçün təhlükə olmadığını bildirib.

sss