Ermənistan polisi Koçaryanın tərəfdarlarını saxlamağa başlayıb

Aksiya zamanı polislə iştirakçılar arasında iğtişaş yaşanıb...

Bakı , Gülnarә Quliyeva, İnteraz - 10 Iyun 2021, 13:02

Ermənistanda sabiq prezident Robert Koçaryanın "Ermənistan" blokunun seçkiqabağı kampaniyası zamanı "Daşnaksutyun" partiyasının 10 üzvü saxlanıb.

 

İnterAz-ın TASS-a istinadən məlumatına görə, tədbir zamanı baş nazir vəzifələrini icra edən Nikol Paşinyana qarşı aksiya keçirilib.

 

Aksiya zamanı polislə iştirakçılar arasında iğtişaş yaşanıb. Nəticədə azı 10 nəfər polis tərəfindən saxlanılıb.

sss