Çində dəmir filizi mədənini su basıb, 14 nəfər itkin düşüb

...Çinin şimalında yerləşən Şansi əyalətində dəmir filizi mədənini su basması nəticəsində 14 nəfər itkin düşüb

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 10 Iyun 2021, 14:16

Çinin şimalında yerləşən Şansi əyalətində dəmir filizi mədənini su basması nəticəsində 14 nəfər itkin düşüb.

 

İnterAz TASS-a istinadən xəbər verir ki, məlumatı Çinin Mərkəzi Televiziyası yayıb.

 

Bildirilib ki, hadisə iyunun 10-da əyalətin Day qəsəbəsində baş verib.

 

Hadisənin təfərrüatı hələ ki açıqlanmayıb.

sss