İrəvanda aksiya: “Gömrük İttifaqına yox!”

26 Noyabr 2013, 14:57

İrəvanda Prezident Administrasiyası önündə Ermənistanın Gömrük İttifaqından çıxmasını tələb edən 40-50 nəfərin iştirakı ilə aksiya keçirilir.

Çəkic və mismarın yaratdığı sənət əsərləri

26 Noyabr 2013, 13:54

Rəssam Devid Frast bir ömür rənglərlə müxtəlif sənət əsərləri yaratdıqdan sonra bu hünərini çəkic və mismarla da nümayiş etdirə bilib.

İranda Ayətullah Şirazi “Facebook” şəbəkəsinin azad edilməsinə etiraz edib

26 Noyabr 2013, 13:43

Tanınmış müctehid bildirib: “Belə getsə İslam İrşad nazirliyi qeyri-islami işlərə irşad edəcək. Bəziləri belə fikirləşməsinlər ki, yeni hökümətdə hər bir məsələni dəyişə bilərlər.”

Hizbullah lideri İranı Bəhreynə səfir göndərməməyə çağırıb

26 Noyabr 2013, 12:53

Hizbullah lideri bildirib ki, indiki şəraitdə Bəhreynə səfir göndərmək diktator rejimini dəstəkləmək anlamına gələ bilər və müxalifətdə olan xalq kütlələrini məyus edər.

Tailandda aksiyaçılar nazirlik binalarını ələ keçirib

26 Noyabr 2013, 12:35

Tailandda on minlərlə adamın qatıldığı nümayişlərdə , Kənd Təsərrüfatı və Nəqliyyat nazirliklərinə basqınlar olub, nümayişçilərin eyni zamanda bəzi televiziya kanallarına da daxil olacaqları xəbəri yayılıb.

Kommunistlər Qızıl meydandakı “sandıqdan” narazıdırlar - Fotolent

26 Noyabr 2013, 12:26

Moskvanın mərkəzində, Qızıl meydanda quraşdırılmış çanta formasında pavilyon Rusiya kommunistləri hiddətləndirib.

Yəməndə aviazərbələr nəticəsində 12 Əl-Qaidəçi ölüb

26 Noyabr 2013, 12:16

Bu arada Yəmənin şimalında Səudiyyə Ərəbistanı ilə sərhəddə yerləşən əs-Səədə əyalətində Husilər və sələfilər arasında gərginlik hələ də davam edir. Son günlərdə Qızıl Aypara cəmiyyəti bölgədən 130-dan artıq yaralını təxliyə edə bilib. Paytaxt Sənada isə naməlum silahlılar iki rus hərbi mütəxəssisini öldürüblər.

ABŞ-da atışma: 7 yaralı

26 Noyabr 2013, 11:39

Hadisə dünən gecə Verdes Karter parkında baş verib.

Anqolada məscidlər bağlanıb

26 Noyabr 2013, 11:25

Cənubi Afrika qitəsində iştirak edən 18.5 milyon əhalisi olan Anqolada əhalinin böyük əksəriyyəti xristiandır.

Tehranda İqtisadi Əməkdaşlıq Təşkilatı 21-ci toplantısına start verib

26 Noyabr 2013, 10:57

Təşkilatın bu toplantısında Türkiyə, Azərbaycan, Qırğızıstan, Əfqanıstan, Azərbaycan və İran xarici işlər nazirləri və həmçinin Türkmənistanın İqtisadiyyat naziri, Pakistan baş naziri müavini, Qazaxstan XİN rəhbəri müavini, və digər rəsmilər iştirak edirlər.

Cenevrədə nüvə razılaşması İranda mühafizəkarların da ürəyincə olub

26 Noyabr 2013, 10:24

Qum dini-elmi hövzəsinin tanınmış ustadlarından Mohsen Qərəviyan mətbuata bildirib ki, razılaşma sonrası nəinki Qum bəlkə İranın bütün dini hövzələrindən razılıq əlamətlərini əks etdirən fikirlər səslənirdi.

ABŞ Kərzaini Əfqanıstandan bütün qoşunlarını çıxaracağı ilə hədələyib

26 Noyabr 2013, 10:09

Əfqanıstanda daxili siyasət və gələcək prezident seçkiləri vəziyyəti daha da ağırlaşdırır. Vaşinqton hesab edir ki, bu məsələ ilə bağlı qeyri-müəyyənlik ABŞ və onun müttəfiqlərinin ziyanınadır və təcili müqaviləni imzalamaq lazımdır. Kərzai isə öz növbəsində məsələ ilə bağlı ABŞ-dan möhlət istəyir.

Mahmud Əhmədinejad bu gün məhkəmə qarşısına çıxarılacaq

26 Noyabr 2013, 09:46

Bu gün Tehranın cinayətlər məhkəməsinin 76-cı şöbəsində Mahmud Əhmədinejadın ittihamlarına baxılacaq. Məlumata əsasən sabiq prezident hələ vəkil tutumayıb bu isə o deməkdir ki, o şəxsən məhkəmə zalına getməli olacaq.

Lent

Ən çox oxunan